Şarliz Teron anasının atasını öldürməyindən danışdı

sou
24-07-2017, 20:37 1406
Şarliz Teron anasının atasını öldürməyindən danışdı
Hollivud ulduzu Şarliz Teron açıqlamaları ilə təəccübləndirib.

Realfakt.Az Axşam.az-a istinadən xəbər verir ki, anasının uşaqlıqda atasını öldürdüyünü deyən aktrisa əvvəllər həqiqəti gizlətdiyini və onu avtomobil qəzasında itirdiyini dediyini söyləyib.

“Düşünürəm ki, ən çox mənə o təsir edirdi ki, əyyaşla yaşayırsan, oyanırsan və bilmirsən ki, bu gün səni nə gözləyir. Hər şey içkinin miqdarından və atanın həmin günkü əhvalından asılıdır”, - deyə aktrisa vurğulayıb.

Teron dəstək üçün öz anasına təşəkkür edib: “Anam çətinliklə mübarizə aparmaq üçün əlindən gələni əsirgəmirdi və seçim etməyi təklif edirdi, ya tam boğulmaq, ya da üzmək”.