Bir müddət buradan keçmək çətin olacaq, amma sonra... - FOTO

arasdirma
9-09-2016, 12:07 1869
Bir müddət buradan keçmək çətin olacaq, amma sonra... - FOTO
Uzun müddətdir ki, təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə olan Xətai rayonu Cavanşir küçəsində təmir işləri görülür.
"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, küçənin uzunluğu 1300 metr, ortalama eni isə 12,5 metrdir.
Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, zəruri olan yerlərdə yol əsasında kipləşdirmə işləri aparılıb.
Hazırda küçə boyu 2500 poqonmetr köhnə səki daşının yenilənməsi, yeni piyada səkilərinin tikintisi, mövcudlarının isə bərpa edilməsi istiqamətində işlər aparılır. Bundan başqa, yeraltı kommunikasiya xətlərinin yenilənməsi və təmiri də həyata keçirilir.
Sonra küçəyə, həmçinin yeni qurulmuş və bərpa olunmuş piyada səkilərinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə 18 min kv.m sahənin asfaltlanması nəzərdə tutulub.
Təmir işləri zamanı yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənəcək, zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq və yolun xətlənməsi istiqamətində addımlar atılacaq.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır.