Albalı şirəsi yuxusuzluğun dərmanıdır

sehiyye
8-09-2016, 11:57 1360
Albalı şirəsi yuxusuzluğun dərmanıdır
Albalı şirəsi yuxusuzluğun ən böyük dərmanıdır. İtalyanın "La Stampa" qəzetinin məlumatına görə, Pensilvaniya və Roşester Universitetinin alimləri yuxusuzluqdan əziyyət çəkən 15 nəfər üzərində tədqiqat aparıblar. Onlara iki həftə ərzində hər gün səhər və axşam 227 qram albalı şirəsi verilib. Növbəti iki həftədə isə onlara başqa meyvə şirələri içmək təklif edilib.
Deyerler.org-a istinadən, araşdırmanın nəticələrinə görə, üzərində təcrübə aparılanların albalı şirəsi içdikləri ilk iki həftə ərzində yuxusuz keçirdikləri vaxt xeyli azlaıb.Mütəxəssislərin fikrincə, albalının bu özəlliyi onun tərkibinin yuxunu tənzimləyən melaton maddəsi ilə zəngin olması ilə bağlıdır.