Azərbaycan neftinin qiyməti dəyişdi

iqtisadiyyat
2-08-2016, 11:33 1131
Azərbaycan neftinin qiyməti dəyişdi
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,13 dollar və yaxud 2,57% ucuzlaşıb.
Report-a istinadən, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 42,84 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.