Zaqatala xəstəxanasındakı faciəylə bağlı baş həkimdən AÇIQLAMA

arasdirma
28-06-2016, 15:33 1333
Zaqatala xəstəxanasındakı faciəylə bağlı baş həkimdən AÇIQLAMA
Zaqatala Rayon Mərkəzi Xəstəxanası əməliyyatdan sonra dünyasını dəyişən uşaq barəsində yayılan xəbərlərə münasibət bildirib.
Xəstəxananın baş həkimi Leyla Seyidəhmədova oxu.az-a faktı təsdiqləyərək deyib ki, belə bir hadisə iyunun 24-də baş verib.
Onun sözlərinə görə, iyunun 22-si saat 17:40 radələrində valideynləri uşağı xəstəxanaya gətiriblər:
"Uşaqda kəskin qarın ağrısı əlamətləri olub. Körpə xəstəxanada müayinə edilib, xəstəyə bağırsaq keçirməzliyi, bağırsaq imoqenaziyası diaqnozu qoyulub. Yüksək riskləri nəzərə alaraq uşağın valideynlərinə bildirilib ki, əməliyyat çox ağırdır. Bununla əlaqədar onlardan yazılı razılıq alınıb. Növbəti gün uşaq əməliyyat olunub. Əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb.
Həkimlərin səylərinə baxmayaraq, əmliyyatdan sonrası gün, iyunun 24-ü uşaq tənəffüs çatışmazlığından vəfat edib".
Baş həkim bildirib ki, uşağın valideynləri ilə həkimlər arasında mübahisə düşüb, hətta xəstəxanaya polis çağırılıb.
"Onlar həkimlərə qarşı nalayiq ifadələrdən istifadə ediblər", - deyə L.Seyidəhmədova qeyd edib.
O həmçinin həkimlərin xəstəxanadan qaçdığı barədə yayılan məlumatları təkzib edib.