""Formula 1" Azərbaycana turizm ölkəsi kimi marağı daha da artıracaq"

medeniyyet
20-06-2016, 13:21 1194
""Formula 1" Azərbaycana turizm ölkəsi kimi marağı daha da artıracaq"
Bakıda keçirilən "Formula 1" yarışı ölkəmizdə turizm sahəsinin inkişafına daha da təkan verəcək.
Bunu Trend-ə Milli Məclisin deputatı Rövşən Rzayev deyib.
Onun sözlərinə görə, bu yarış Azərbaycana turizm ölkəsi kimi marağı daha da artıracaq.
Formula 1-in Bakıda keçirilməsini çox mühüm, əhəmiyyətli hadisə sayan deputat hesab edir ki, bu yarış Azərbaycanın idman sahəsində yeni bir mərhələ sayıla bilər.
R.Rzayevin sözlərinə görə, bu yarışların Bakıda keçirilməsi ölkəmizdə ilk növbədə idmanın inkişafına daha da təkan verəcək: "Bu gün Azərbaycanın ərazilərinin 20 faizinin işğal edilməsinə baxmayaraq, onun dünyəvi inkişafını nəzərə almamaq mümkün deyil. "Formula 1" kimi beynəlxalq tədbirlərin Bakıda keçirilməsi ilə beynəlxalq aləmin Azərbaycana olan diqqəti daha da artır".