Neft gözlənilmədən bahalaşır – 46 dolları keçdi

iqtisadiyyat
21-04-2016, 16:11 1104
Neft gözlənilmədən bahalaşır – 46 dolları keçdi
Uğursuz Doha görüşündən sonra əksər proqnozlarda neftin qiymətinin sürətlə enəcəyi bildirilsə də əksi müşahidə edilir. Bloomberg-ə istinadən, bu il ilk dəfə olaraq Brent markalı neftin bir barelinin dəyəri 46 dolları keçib. London birjasında Brent neftinin bir barelinin qiyməti 46,10 dollara çatıb.
Bahalaşma WTI neftində də müşahidə edilir. ABŞ nefti son aylarda ilk dəfə olaraq 44 dollardan baha satılır.