Rusiya üçün nəzərdə tutulan qatarlar Azərbaycana satılıb

iqtisadiyyat
15-04-2016, 12:22 1100
Rusiya üçün nəzərdə tutulan qatarlar Azərbaycana satılıb
Rusiya üçün nəzərdə tutulan 5 ikimərtəbəli qatar Azərbaycana satılıb.
Ans press-ə istinadən, bu barədə İsveçrənin “Stadler Rail” şirkətinin mətbuat xidmətinin rəhbəri Marina Vinder bildirib.
Onun sözlərinə görə, qatarlardan 3-ü ötən il I Avropa oyunları ərəfəsində ölkəmizə göndərilərək "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sərəncamına verilib. Digər ikisi isə bu yaxınlarda ölkəmizə gətiriləcək.
Əslində, 5 qatarla birlikdə İsveçrənin "Stadler Rail" şirkəti 25 ikimərtəbəli sürətli elektrik qatarlarını Rusiyanın "Аeroekspress" şirkətinə satmalı idi. Belə ki, 2014-cü ildə bu iki şirkət arasında 25 ikimərtəbəli sürətli elektrik qatarlarının ödənişində çətinliklər yaranıb.
"Stadler Rail" şirkətinin mətbuat xidmətinin rəhbərinin sözlərinə əsasən, hazırda onlar "Аeroekspress" şirkətinə güzəştə getməyə hazırdılar. Odur ki, şirkət mübahisəli qərar layihəsi üzərində işləyir və müqavilədə dəyişikliklərin razılaşdırılması mərhələsindədir.
Şirkətin ödəniş problemləri 2015-cu ilin birinci yarısının yekunlarına dair müqaviləyə əsasən məlum olub. Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə şirkətin hesabatında bilinib ki, şirkətin borcu 2014-ci il dekabrın 31-dək 68,9 milyon avro olub. Bu şirkət Moskvanın Domodedovo, Şeremetyevo, Vnukovo aeroportları ilə paytaxt arasında sərnişin daşınmasını həyata keçirir.
"Stadler Rail" şirkətinə məxsus qatarın ümumi sərnişin tutumu 919 nəfərdir. Azərbaycanın aldığı bu qatarlar hazırda Bakı-Sumqayıt-Bakı marşrutu üzrə xidmət göstərir.