Riva Bhalla: Rusiya Azərbaycanı Qarabağ uğrunda müharibədə dəstəkləyə bilər

sosial
5-10-2015, 15:21 809
Riva Bhalla: Rusiya Azərbaycanı Qarabağ uğrunda müharibədə dəstəkləyə bilər “Bakı yalnız hərəkət etməyəcək”.
Azərbaycan müxtəlif qonşular arasında sabitliyin yaradılması üzrə ekspertdir, xüsusilə də Rusiya və Qərb arasında. Keçmişə bir nəzər salaq. Ötən aylar ərzində Azərbaycan Rusiya ilə daha da yaxınlaşıb. Bakının Moskva ilə nə haqqında razılığa gəlməsi böyük sualdır.
Ukraynanın “Həftənin təfərrüatları” portalına Amerikanın özəl kəşfiyyat-analitik şirkəti Stratfor-un qlobal təhlil üzrə vitse-prezidenti Riva Bhalla bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu əraziləri qaytarmaq istəyir, amma iş ondadır ki, Qarabağı qaytarmaq üçün o, nələrə gedə bilər.
“Və əgər iş hərbi münaqişəyə çatarsa, o yalnız hərəkət etməyəcək. Rusiya və Azərbaycanın razılığa gəlməsindən Ermənistan nahaq yerə narahat olmur”, - Bhalla bildirib.