Məmmədyarov: ATƏT təkmilləşdirilməlidir

siyaset
29-09-2015, 16:04 1047
Məmmədyarov: ATƏT təkmilləşdirilməlidir Nazir Frank-Valter Ştaynmayerlə görüşüb.
ATƏT və onun strukturlarının, o cümlədən Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) fəaliyyətinin təkmilləşdirilməsinə xüsusi ehtiyac var.
Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşdə deyib.
E.Məmmədyarov ATƏT DTİHB-in Azərbaycanda keçiriləcək seçkilər ilə əlaqədar bəyanatının DTİHB-in mandatına zidd olduğunu qeyd edərək, DTİHB-in tətbiq etdiyi seçki metodologiyasının ciddi surətdə yenidən nəzərdən keçirilməli olduğunu bildirib.
Nazirlər növbəti il ATƏT-in fəaliyyətdə olan sədri statusunda Almaniyanın sədrlik dövrü üçün gündəliyi və prioritetləri ətrafında fikir mübadiləsi aparıblar. Almaniya xarici işlər naziri ATƏT-dən daha çox gözləntlərinin olduğunu qeyd edərək, təşkilatın modernləşdirilməsi kimi məsələlərin prioritet sahə kimi gündəliklərində olacağını nəzərə çatdırıb