Mixay Volontir vəfat etdi

medeniyyet
15-09-2015, 12:28 925
Mixay Volontir vəfat etdi “Tütək səsi” filmindəki Cəbrayıl.
SSRİ-nin xalq artisti, moldovalı aktyor Mixay Volontir bu gün gecə 82 yaşında vəfat edib. Bu barədə “Sputnik Moldova” agentliyi məlumat yayıb.
Realfakt.Az xəbər verir ki, aktyorun həyat yoldaşı Efrosinya Dobınde-Volontir onun ölümünə səbəbin uzan sürən xəstəliyin olduğunu bildirib.
Son aylarda Mixay Volontir doğma Beltsı şəhərində xəstəxanada stasionar müalicədə olub, daha sonra Kişinyovda Respublika kliniki xəstəxanada müalicə alıb.
Həkimlər bildirib ki, aktyorun xəstəlikləri yaşı ilə əlaqədar olaraq ağırlaşıb.
Azərbaycan tamaşaçıları Mixay Volontiri rejissor Rasim Ocaqovun “Tütək səsi” filmindəki Cəbrayıl rolu ilə tanıyırlar.