Mikayıl Cabbarov Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib

gundem
8-03-2024, 11:42 672
Mikayıl Cabbarov Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edibBu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

Bu münasibətlə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşım edib.

Paylaşımda bildirilir:

“Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik. Bu əlamətdar tarix cəmiyyətin mənəvi dayağı, gözəllik və zəriflik rəmzi olan xanımlara səmimi diləklərimizi ifadə etmək üçün xoş fürsətdir.


Siz qayğıkeşlik, humanizm və fədakarlıqla ali dəyərlərimizi yaşadır, böyük nailiyyətlərə imza atır və həyatımızı ahəngdar edirsiniz.
Bayramınız mübarək, sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar və firavanlıq arzulayırıq”.