ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 34 trilyon dolları keçib

dunya
4-01-2024, 12:20 771
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 34 trilyon dolları keçib ABŞ Maliyyə Nazirliyinin statistikasına görə, dövlət borcunun həcmi ilk dəfə olaraq 34 trilyon dollar həddini keçib.

Statistika 1993-cü ildən başlayaraq məlumatları əks etdirir.

Hazırda ölkənin ümumi ödənilməmiş dövlət borcu 34 trilyon 1 milyard 493 milyon ABŞ dollarıdır.
Milli borcun əvvəlki rekord səviyyəsi - 33 trilyon dollar sentyabrın ortalarında qeydə alınıb.


Mənbə: rbc.ru