YENİ İLİNİZ XEYİRLİ, UĞURLU OLSUN!

gundem
2-01-2024, 20:02 938
YENİ İLİNİZ XEYİRLİ, UĞURLU OLSUN! Əziz və cəsur xalqım, Dünya Azərbaycanlılarının Həmrəyliyi gününüz və Yeni iliniz mübarək olsun, mənim çox sevdiklərim.
Şuşalı, Xankədili, Ağdamlı, Zəngilanlı, Cəbrayıllı , Kəlbəcərli, Laçınlı, Xocalılı, cəmi Qarabağlı Bayramımız mübarək olsun, cəsur xalqım!!!
Yeni iliniz üzünüzə gülsün, dəyərli, hörmətli dostlar!




2024-cü ilin sağlamlıq, xoşbəxtlik və bol qazanc gətirməsi diləkləriylə, arzularınız çin olsun!
Yeni ildə hamınıza can sağlığı, ruzi-bərəkət, sevgi və uğurlar diləyirəm. Döyüşlərin, barıt qoxusunun, acı xəbərlərin, ağrıların, fəlakətlərin, keçib gedən bir il kimi geridə qalması ümidiylə, hamınızın Bayramı mübarək olsun! Əsgər və hərbçilərimizə sağlıq, salamatlıq arzu edirəm, sağ-salamat evlərinə dönsünlər.
Hər yeni il bir başqa gözəl... Yeni il sizə həyatınız boyunca unuda bilməyəcəyiniz gözəlliklər yaşatsın. Yeni iliniz mübarək olsun!
Sevdiklərinizlə birlikdə xoşbəxt olun, bütün ilinizi eyni gözəllikdə keçirmənizi diləyirəm.
Yaşadığımız həyatın mahiyyəti haqqında ziddiyyətli fikirlərin olmasına baxmayaraq, insan öz qəhrəmanlığı və yaradıcı əməlləri ilə dünyasını dəyişdikdən sonra da ruhən ölümsüzlüyünü təmin edə bilər. Hər zaman tarix o kəsləri dahi hesab edir ki, insan öz millətinə, Dövlətinə, arxalandığı xalqına böyük töhvə verib və verir. Çox nadir keyfiyyətlərə malik olan insanlar tarixən yaşadıqları zamandan asılı olub və asılıdırlar. Dahilər, sərkərdələr isə qalibiyyət yolunda öz sözünü kişi kimi deyir.
Həmrəyliyin yarandığı, sevgilərin birləşdiyi, bəlkə durğun, bəlkə yorğun, yenə də xoşbəxt, yenə də ümidli, hamımız yenə də sevgі dolu neçə belə illərə çıxaq!
Yeni ilinizin sağlamlıq və xoşbəxtlik dolu keçməsini diləyirəm.
Yeni ildə cəmi xəstələr şəfa tapsın, ağrı-acıları geridə qalsın. Dövlətimizin, Ordumuzun, xalqımızın həmrəyliyi dünyanın sonunacan yumruq kimi bir olsun, daha böyük uğurlara imza ataq! AMİN!
Qəriblikdə yaşayan həmyerlilərimiz, Bayramınız mübarək. Qarabağda xoş məclislərdə görüşək, inşallah!

Həmrəylik Bayramınız və Yeni iliniz mübarək olsun, əziz xalqım!

Mayisə ƏSƏDULLAQIZI

YENİ İLİNİZ XEYİRLİ, UĞURLU OLSUN!