Azərbaycana Yeni il gəldi

gundem
1-01-2024, 00:39 763
Azərbaycana Yeni il gəldiAzərbaycana Yeni il gəlib.
2024-cü il Şərq astrologiyasına görə, çox qeyri-adi varlıq olan Əjdaha ili üzərində təhvil olur. Çin astroloqlarına görə, əzəmət və gücdən savayı, sehirli Əjdahaya emosionallıq, xarizmatiklik, hər zaman diqqət mərkəzində olmağa can atmaq və parlamaq kimi xüsusiyyətlər xasdır.

Astroloqlar bu ili xüsusi və qeyri-adi şəkildə qarşılamağı tövsiyə edirlər. Eynilik və bayağılıq Əjdahanın xoşuna gəlmir. Qüssəyə qapılmaq, monoton həyat tərzi keçirmək və kədərlənmək olmaz. Yeni il gecəsini parlaq və şən əhval-ruhiyyədə keçirənlər Əjdahanı sevindirəcəklər. Yaxın və doğma insanlara hədiyyələr bağışlamaq, onları sevindirmək arzuolunandır. İl ərzində bir-birinə xoş sözlər demək və gülərüz olmaq vacibdir.
Proqnozlara əsasən, Əjdaha ili xüsusilə Siçan və Pələng ilində doğulanlar üçün uğurlu olacaq. Əsas odur ki, Əjdaha heç bir çətinlikdən qorxmur və risk etməyi sevir!

Oxu.Az kollektivi olaraq, 2024-cü ilin gəlişi münasibətilə Azərbaycan xalqını təbrik edir, insanlarımıza möhkəm cansağlığı və uğurlar arzulayırıq.