YAP-ın növbədənkənar prezident seçkilərində məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib

gundem
31-12-2023, 23:09 747
YAP-ın növbədənkənar prezident seçkilərində məşvərətçi səs hüquqlu üzvü təsdiq edilibYeni Azərbaycan Partiyası (YAP) tərəfindən Mərkəzi Seçki Komissiyasına (MSK) təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

Komissiya katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Milli Məclisin deputatı Kamal Cəfərov məşvərətçi səs hüquqlu üzvü olmaq üçün müraciət edib. Müzakirələrdən sonra məsələ səsə qoyularaq təsdiq edilib.

Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.