AYNA: “Qırmızı Körpü” gömrük postunda 998 avtomobil gözləyir”

gundem
24-12-2023, 23:06 58
AYNA: “Qırmızı Körpü” gömrük postunda 998 avtomobil gözləyir” Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 998 avtomobil gözləyir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.







Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda yeddi, “Biləsuvar” gömrük postunda 35, “Qırmızı Körpü” gömrük postunda 998, “Mazımqara” gömrük postunda 24, “Samur” gömrük postunda beş və “Xanoba” gömrük postunda dörd yük maşını var.