İlham Əliyev Səfərbərlik Xidməti ilə bağlı FƏRMAN imzalayıb

gundem
7-11-2023, 12:46 730
İlham Əliyev Səfərbərlik Xidməti ilə bağlı FƏRMAN imzalayıbPrezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.

Bu barədə President.az xəbər verir.

Fərmanla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə onların aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılır.
Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə, məsələlərin həlli üçün zəruri tədbirlərin görülməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Maliyyə Nazirliyinə həvalə olunur.

Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.