Azərbaycan neftinin qiyməti 90 dolları keçdi

gundem
5-08-2023, 10:36 652
Azərbaycan neftinin qiyməti 90 dolları keçdiDünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,21 ABŞ dolları, yaxud 1,36% artaraq 90,11 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.