Azərbaycan nefti bahalaşıb

iqtisadiyyat
26-07-2023, 11:26 734
Azərbaycan nefti bahalaşıb Dünya bazarlarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,59 ABŞ dolları, yaxud 0,68% artaraq 86,88 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.