“Moskvada 4 deputatı qurbağa ilə sağaltmışam” - VİDEO

arasdirma
14-07-2023, 13:29 714
“Moskvada 4 deputatı qurbağa ilə sağaltmışam” - VİDEO Göyçay sakini yaratdığı qurbağa təsərrüfatı ilə həm pul qazanır, həm də insanları xəstəlikdən sağaltdığını iddia edir.
Sahib Əliyev 30 ildən çoxdur zob xəstəliyini qurbağa ilə müalicə etdiyini söyləyir.

O, bu üsulla dünyanın hər yerindən olan xəstələrini müalicə edərək, sağlamlığına qovuşdurduğunu deyir:
“2002-ci ildə Moskvada 4 deputatı müalicə etmişəm”.
S.Əliyev qurbağaların uzun müddət yaşaması və qidalanması üçün kiçik hovuz düzəldib və onların qidalanmasına, həmçinin qulluq edilməsinə xüsusi diqqət yetirir.
Həkim-endokrinoloq Fərhad Qurbanov isə deyir ki, dünyanın heç bir ölkəsində qalxanvari vəzin disfunksiyası xəstəliyini qurbağa ilə müalicə etmirlər.
“Bu, heç bir effekti olmayan “müalicə metodu”dur. Bunu yalnız xurafat adlandırmaq olar”.

Ətraflı Baku TV-nin süjetində: