Azərbaycan nefti bahalaşıb

iqtisadiyyat
28-05-2023, 13:54 981
Azərbaycan nefti bahalaşıbDünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,51 ABŞ dolları, yaxud 0,65% artaraq 78,98 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.