Məhkəmə ekspertləri ilə bağlı Nazirlər Kabinetindən İKİ QƏRAR

arasdirma
27-05-2023, 14:52 808
Məhkəmə ekspertləri ilə bağlı Nazirlər Kabinetindən İKİ QƏRARBaş nazir Əli Əsədov məhkəmə ekspertləri ilə bağlı iki qərar imzalayıb.

Oxu.Az-ın məlumatına görə, birinci qərarla “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları” təsdiq edilir, eyni zamanda, “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və onlara ixtisas dərəcəsinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 may tarixli 93 nömrəli Qərarı ləğv edilir.

Baş nazirin imzaladığı ikinci qərarla “Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası” təsdiq edilib.