İstanbulda “Texnofest-2023” festivalı keçirilir - FOTO

dunya
30-04-2023, 01:21 1167
İstanbulda “Texnofest-2023” festivalı keçirilir - FOTOİstanbul şəhərində, Atatürk Hava Limanında Türkiyənin Havaçılıq, Kosmos və Texnologiya Festivalı - “Texnofest-2023” keçirilir.
“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumatına görə, bu il yeddincisi baş tutan beynəlxalq tədbir artıq altı ildir təşkil olunur.

Festivalda 102 fərqli kateqoriyada 41 yarış üzrə 1 milyondan çox layihə iştirak edir. Belə ki, komandalar arasında texnologiya sahəsində yarışlar təşkil olunur, sərgilər keçirilir, uçuşlar nümayiş olunur.
Mayın birinədək davam edəcək “Texnofest-2023” çərçivəsində Türkiyənin “Bayraktar Kızılelma”, “Bayraktar Akıncı” və ilk dəfə olaraq “Bayraktar-TB3” pilotsuz uçuş aparatları da ziyarətçilərə təqdim olunur.

Azərbaycan da beynəlxalq tədbirdə öz stendi ilə təmsil olunur. Burada pilotsuz uçuş aparatları, o cümlədən oktyabrın 2-6-da Bakıda “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi haqqında məlumat təqdim olunur.