İrəvanda qızıl medal qazanan türk atlet Azərbaycana dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edib - FOTO

siyaset
29-04-2023, 01:00 602
İrəvanda qızıl medal qazanan türk atlet Azərbaycana dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edib - FOTOErmənistanın paytaxtı İrəvandakı Avropa çempionatında qızıl medal qazanan türkiyəli ağırlıqqaldıran Cansu Bektaş Azərbaycana dəvətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Oxu.Az-ın məlumatına görə, 49 kq-da qitə çempionu olan idmançı bu barədə özünün "Instagram" səhifəsində paylaşım edib.
“Hörmətli Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya sonsuz təşəkkür edirəm. Medalım Azərbaycana ərmağan olsun”, - Bektaş paylaşımda yazıb.

Qeyd edək ki, Cansu Bektaş İrəvandakı qələbəsini Azərbaycana həsr edib.