Əlahiddə Ümumqoşun Ordu Babək rayonunda tədbir təşkil edib - FOTO

siyaset
27-04-2023, 11:48 998
Əlahiddə Ümumqoşun Ordu Babək rayonunda tədbir təşkil edib - FOTOƏlahiddə Ümumqoşun Ordunun təşkilatçılığı ilə Babək rayonunda “Ulu Öndər Heydər Əliyevin Ordu quruculuğu siyasəti” mövzusunda tədbir keçirilib.
“Report” xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycanda güclü və yüksək döyüş hazırlığına malik milli ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərimizin həyata keçirdiyi məqsədyönlü siyasət və islahatlar nəticəsində ordu quruculuğunda böyük nailiyyətlər qazanılıb, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırılıb.
Bildirilib ki, ötən əsrin 70-ci illərində Ulu Öndərin birbaşa təşəbbüsü ilə Bakıda ilk ibtidai hərbi məktəb olan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması respublikamızın həyatında olduqca mühüm hadisə oldu. Sonrakı illərin təcrübəsi göstərir ki, həmin təhsil müəssisəsi Azərbaycan gəncliyinin hərbi peşələrə marağının yüksəldilməsində müstəsna rol oynayıb. Məktəbin məzunları olmuş minlərlə zabit müstəqillik dövründə Milli Ordumuzun formalaşmasında, torpaqlarımızın müdafiəsində qəhrəmanlıqlar göstəriblər. Müstəqillik illərində ilk nizami milli ordu da məhz Ümummilli Liderimizin rəhbərliyi ilə Naxçıvanda yaradılıb.
Tədbirdə qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. 44 günlük Vətən müharibəsindəki parlaq Qələbə ordumuzun gücünün və qüdrətinin göstəricisidir.
Tədbirin davamında hərbçi övladlarının Ulu Öndər Heydər Əliyevlə bağlı şeirləri dinlənilib.

Sonda “Heydər Əliyevin ordu quruculuğu siyasəti” mövzusunda sənədli filmə baxış olub.

Əlahiddə Ümumqoşun Ordu Babək rayonunda tədbir təşkil edib - FOTO

Əlahiddə Ümumqoşun Ordu Babək rayonunda tədbir təşkil edib - FOTO

Əlahiddə Ümumqoşun Ordu Babək rayonunda tədbir təşkil edib - FOTO

Əlahiddə Ümumqoşun Ordu Babək rayonunda tədbir təşkil edib - FOTO