Bahalaşan ət, tapılmayan örüş sahəsi: Qoyun, yoxsa mal əti? - ARAŞDIRMA + FOTO
gundem
13-03-2023, 20:38
1136

Azərbaycanda mal və qoyun əti digər ölkələrlə müqayisədə daha çox istehlak olunur.
Bəs insanlar mal, yoxsa qoyun ətinə üstünlük verməlidirlər? Hansı ət daha faydalıdır?
Ekspertlərin sözlərinə görə, Azərbaycanda qoyun ətinin digər ölkələrlə müqayisədə daha çox istehlak edilməsinin səbəbi bu ətin ekoloji təmiz, keyfiyyətli və asan həzm olunması ilə yanaşı, diyetik xüsusiyyətləri ilə bağlıdır.
Qoyun ətinin xarakterik xüsusiyyətlərindən biri də tərkibindəki kreatinin (azot tərkibli karbon turşusunun – red.) metabolizmi ilə əlaqədar spesifik dad və qoxuya malik olmasıdır.
Qoyun ətinin tərkibi heyvanın cinsi, yaşı, cinsiyyəti, qidalanması, bəslənməsi, həmçinin stres amilləri ilə əlaqədar olaraq dəyişir. Qida əhəmiyyətinə görə quzu əti daha keyfiyyətli və dietik sayılır.