Yeniyetmə məhkumlar Bakıda gəzintiyə çıxdılar

sosial
10-09-2015, 20:36 774
Yeniyetmə məhkumlar Bakıda gəzintiyə çıxdılar Onlar əyləncə mərkəzində olublar.
Tərbiyə müəssisəsində nümunəvi davranışı ilə seçilən yetkinlik yaşına çatmayan məhkumlar Penitensiar Xidmətin əməkdaşlarının müşaiyəti ilə müəssisənin hüdudlarından kənarda gəzintiyə çıxarılıblar.
Penitensiar Xidmətin məlumatına görə, yeniyetmələr – Elman Cəlilov, Cavid Əhədli və Münasib Kərimov müəssisə əməkdaşlarının müşayiəti ilə gəzintidən əvvəl Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Daha sonra tərbiyə olunan yeniyetmələr Miniatür Kitab Muzeyində, “Park Bulvar” istirahət və əyləncə mərkəzində olublar.
Tərbiyə müəssisəsinə qayıdan məhkumlar onlara yaradılmış bu imkana görə Ədliyyə Nazirliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.