Azərbaycan nefti BAHALAŞDI

iqtisadiyyat
10-04-2022, 10:29 286
Azərbaycan nefti BAHALAŞDIDünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 2,16 ABŞ dolları, yaxud 2,1 % artaraq 104,85 ABŞ dollarına yüksəlib.


Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.