Bu iki məhsulun gündəlik istifadəsi xərçəng riskini azaldır - FOTO

arasdirma
8-04-2022, 09:12 279
Bu iki məhsulun gündəlik istifadəsi xərçəng riskini azaldır - FOTOSüd məhsulu olan içkilər (qatıq, ayran, kefir, ryajenka) və duza qoyulmuş kələm xərçəng riskini azaldır.
Bu barədə rusiyalı diyetoloq, tibb elmləri doktoru Mixail Qinzburq bildirib.


Onun sözlərinə görə, qidalanmada kifayət qədər miqdarda fermentləşdirilmiş südlü içkilər və fermentləşdirilmiş tərəvəzlər yoğun bağırsaq xərçəngi ehtimalını azaldır. Mütəxəssis vurğulayıb ki, sözügedən məhsulların onkoloji xəstəliyin inkişafına qarşı profilaktik təsiri elmi şəkildə sübut olunub. Qeyd edək ki, Qinzburq daha əvvəl sarıkökün istifadəsinin yoğun və düz bağırsaq xərçəngi, prostat xərçəngi və döş xərçənginin inkişafının da qarşısını aldığını bildirmişdi.

Bu iki məhsulun gündəlik istifadəsi xərçəng riskini azaldır - FOTO