Türkiyə Azərbaycanın adını qadağa siyahısına salmayıb

iqtisadiyyat
26-03-2022, 09:51 856
Türkiyə Azərbaycanın adını qadağa siyahısına salmayıbTürkiyə daxili bazarda qiymətlərin artması səbəbilə qırmızı ətin ixracını dayandırır.
Bu barədə ölkənin Ticarət Nazirliyinin yaydığı məlumatda qeyd olunur.


Sənəddə bildirilir ki, daxili bazarda ət tədarükünün təminatı, eləcə də tələb-təklif balansının qorunması üçün iribuynuzlu heyvanların, həmçinin qoyun və keçi ətinin ixracına qadağa qoyulur.
Hökumətin bu qərarı Azərbaycana, Naxçıvan Muxtar Respublikasına və Şimali Kiprə şamil edilmir.
Bu ərəfədə Türkiyə Dövlət Ət və Süd Qurumu (ESK) pərakəndə satış mağazalarında ət və ət məhsullarının qiymətinin artdığını açıqlayıb. Məlumata görə, qırmızı ət və ət məhsullarının qiyməti orta hesabla 47-48 %, quş əti və ət məhsullarının qiyməti isə 14-15 % artıb.

Mənbə: TASS