“Azərbaycan Avropaya daha çox qaz tədarük edə bilər” - Oksford İnstitutu

iqtisadiyyat
24-03-2022, 21:34 250
“Azərbaycan Avropaya daha çox qaz tədarük edə bilər” - Oksford İnstitutu“Aydındır ki, Azərbaycan qazının ixracının sabitliyi, Azərbaycanın “Şahdəniz 2” yatağından Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə etibarlı qaz tədarükü Avropa İttifaqının qaz balansında arzuolunan amildir”.
Bunu Trend-ə Oksford Enerji Araşdırmaları İnstitutunun baş elmi işçisi Culian Bouden deyib.


“Aİ Rusiya qazına əvəz axtarır. Bunun üçün Aİ-nin Rusiya qazının idxalına tələbatını azaldacaq təklif baxımından bir sıra tədbirlər müəyyənləşdirilib. Aİ bildirir ki, Rusiyadan neft və qazdan tədricən imtina 2030-cu ilədək baş tuta bilər. Aİ əlavə mayeləşdirilmiş təbii qaz və boru kəməri qazının idxalı üçün mənbələr axtarır.
Burada ehtiyat potensialı barədə danışmaq yersizdir; Aİ-nin istədiyi təklifin dərhal artırılmasıdır. Azərbaycan dərhal əlavə tədarükü necə reallaşdıra bilər? TAP müəyyən qədər tam güclə işləyir. Daha çox qazın nəql olunması üçün genişlənməyə, məsələn, kompressorlara investisiyalar tələb olunacaq.
Fikrimcə, Azərbaycan qısamüddətli perspektivdə türkmən qazının təkrar ixracı yolu ilə Avropaya daha çox qaz tədarük edə bilər. Uzunmüddətli perspektivdə isə qaz kəşfiyyatı və hasilatını sürətləndirmək lazımdır”, - C.Bouden deyib.

Qeyd edək ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən etibarən TAP vasitəsilə Avropaya qaz nəqlinə başlayıb.