Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi BİLİNDİ

iqtisadiyyat
1-02-2022, 15:52 1036
Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi BİLİNDİMərkəzi Bankın 2022-ci ilin yanvar ayının 31-nə rəsmi valyuta ehtiyatlarının həcmi 7 milyard 72,7 milyon ABŞ dolları olub.

Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi aylıq müqayisədə 0,03 faiz azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 11,1 faiz artıb.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayının 30-na Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının həcmi 7 milyard 75 milyon ABŞ dolları, 2021-ci ilin yanvar ayının sonuna isə 6 milyard 365,2 ABŞ dolları olub.