İctimai Səhiyyə və İslahatlar Mərkəzində yeni yaradılmış portalların təqdimatı olacaq

sehiyye
9-09-2015, 14:08 998
İctimai Səhiyyə və İslahatlar Mərkəzində yeni yaradılmış portalların təqdimatı olacaq Sentyabrın 11-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) təşkilatın www.saglamliq.isim.az maarifləndirici internet səhifəsində yaradılmış “Reproduktiv sağlamlıq” və “Qeyri-infeksion xəstəliklərə dair məlumat” portallarının təqdimatı keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində həmin portalların yaradıcıları olan İSİM-in əməkdaşlarının və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Tədbir iştirakçıları portallar barədə ətraflı məlumat əldə edəcək, “Mənim reproduktiv sağlamlığım” və “Sağlamlığını qiymətləndir” virtual alətləri ilə tanış olacaqlar.
Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır