27 yaşlı ananın müəmmalı ölümü

sehiyye
9-09-2015, 09:52 964
27 yaşlı ananın müəmmalı ölümü Səhiyyə Nazirliyi: “Məsələ tibbi-ekspert komissiyası tərəfindən araşdırılır”.
Bir aydan çoxdur ki, Qaidəbəyim Əbilovanın gözlərinin yaşı qurumur. Səbəb isə övlad itikisidir. Deməli avqust ayında qızı Aygün Əbilova ikinci övladını dünyaya gətirmək üçün Sabirabad Rayon Regional Perinatal Mərkəzinə aparılıb. Əməliyyat zamanı isə 27 yaşlı ana dünyasını dəyişib. Dünyaya gələcək körpə də elə ana bətnindəcə həyatını itirib.
Qaidəbəyim xanım deyir ki, övladı xəstəxanaya aparılanda ona heç bir məlumat verilməyib. Ana yalnız qızı öləndən sonra xəbər tutub və xəstəxanaya gəlib.
Müsahibimin sözlərinə görə, bu günə qədər övladının sağlamlığında heç bir problemi olmayıb. Heç bir xəstəliyi olmadan qızının nə üçün dünyasını dəyişdiyi sualına ana hələ də həkimlərdən cavab ala bilməyib. Qızının ailəsi də bu barədə onlara hələ də heç bir məlumat vermir:
“Mən övladımın dünyasını dəyişmə səbəbini bilmək istəyirəm. Qızımın ailəsi məni təhqir edir. Oğlan tərəfidən soruşuram ki, övladımı xəstəxanaya siz aparmısınız. Mənə xəbər vermədən İmişliyə, ordan da Sabirabad xəstəxanasına aparıblar”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirdilər ki, hazırda məsələ tibbi-ekspert komissiyası tərəfindən araşdırılır. Nəticələr bəlli olduqdan sonra Əbilovlar ailəsinə bu barədə məlumat veriləcək.