Leyla Şixlinskayanın bağlanan klinikası açılır?

sehiyye
8-09-2015, 15:23 1068
Leyla Şixlinskayanın bağlanan klinikası açılır? Səhiyyə Nazirliyi fəaliyyəti dayandırılmış Leyla Şıxlinskaya klinikasının göndərdiyi sənədləri araşdırır.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.
Onun sözlərinə görə, klinika qarşısında qoyulan tələblər yerinə yetiriləndən sonra onlara yenidən lisenziya verilməsi istisna olunmur.
Ş.Əhmədova tələb qoyulan məsələlərə aydınlıq gətirib: "Bir sıra standartlar var. Leyla Şixlinskaya Klinikası, həmçinin digər klinikalar da bu standartlara cavab verməlidir. Hazırda Leyla Şixlinskaya Klinikası bu istiqamətdə işlər aparır. Onların sənədləri bizim qurumumuzdadır və sənədlər nazirlik tərəfindən araşdırılır. Nəticələr yaxın zamanlarda bəlli olacaq".
Qeyd edək ki, Leyla Şixlinskaya Klinikası bir müddət əvvəl bağlanıb.