Əsir soydaşlarımızla bağlı - VİDEOREPORTAJ

gundem
5-12-2020, 11:39 1053
Əsir soydaşlarımızla bağlı - VİDEOREPORTAJAzərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ötən əsrin 90-cı illərində Ermənistan-Azərbaycan münaqişəsi zamanı əsir və itgin düşmüş, girov götürülmüş şəxslərlə bağlı layihəsi çərçivəsində daha bir ailənin harayını dünyaya duyurmağa çalışır. Təqdim olunan bu reportajda Xocalı soyqırımı zamanı itkin düşmüş Adilə Səlimova, Elnur Hüseynov və onun bacısı Rəsmiyyə Hüseynovanın ağrılı taleyindən, onların bu gün də yolunu gözləyən böyük bir nəslin iztirablarından bəhs olunur.
Qeyd edirik ki, bu layihəni həyata keçirməkdə məqsədimiz 4 minə yaxın əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailə üzvlərinin müraciətlərini beynəlxalq təşkilatlara videoreportajlar formasında təqdim etməkdir. Aydın məsələdir ki, Ermənistan 30 ilə yaxındır ki, əsir, girov və itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konvensiyaların tələblərini pozaraq əsirlikdə olan soydaşlarımızın ailə üzvlərinin müraciətlərinə etinasız yanaşıb.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması hesab edir ki, döyüş meydanında düşmən üzərində zəfər qazanaraq torpaqlarını azad edən qalib Azərbaycan qarşısında məğlub Ermənistan bütün suallara aydınlıq gətirməyə məcburdur. Xalqımıza qarşı misilsiz cinayətlər həyata keçirən Ermənistanın hakim dairələrinin sabiq və indiki nümayəndələri müttəhimlər kürsüsündə həm də əsir və gorov götürülmüş, itkin düşmüş soydaşlarımıza qarşı törətdikləri qeyri-insani davranışlarına görə cavab verəcəklər.