» » Prezident Xüdafərin körpüsündə bayrağımızın qaldırılması münasibətilə Elçin Quliyevi təbrik etdi


Prezident Xüdafərin körpüsündə bayrağımızın qaldırılması münasibətilə Elçin Quliyevi təbrik etdi

19-10-2020, 08:41
Oxunub: 646
Çap et
Prezident Xüdafərin körpüsündə bayrağımızın qaldırılması münasibətilə Elçin Quliyevi təbrik etdiAzərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib və təbriklərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırıb.


Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

General-polkovnik E.Quliyev DSX-nin şəxsi heyətinin Ali Baş Komandanın bütün tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcəyini məruzə edib.
Reytinq: