Böyük Britaniyada hava taksilərindən istifadə olunacaq

dunya
26-08-2020, 23:33 1265
Böyük Britaniyada hava taksilərindən istifadə olunacaqBöyük Britaniyanın “Vertical Aerospace” şirkəti hava taksisi yaratmaq planlarını açıqlayıb.

“Bloomberg” agentliyi xəbər verir ki, 76 kilometrlik məsafəni 30 dəqiqəyə qət edəcək hava nəqliyyatının prototipi 2021-ci ilin sentyabr ayında təqdim olunacaq.

Təyyarədə pilot da daxil olmaqla beş nəfər yerləşə biləcək.

Hava taksinin maksimal sürəti saatda 241 kilometr təşkil edə bilər.