Malidə hərbçilər qiyam qaldırıb nazirləri həbs etdilər - VİDEO

dunya
18-08-2020, 22:05 1247
Malidə hərbçilər qiyam qaldırıb nazirləri həbs etdilər - VİDEO

Malidə qiyam qaldıran hərbçilər bəzi nazirləri və yüksək rütbəli zabitləri həbs ediblər.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Üsyançılar tərəfindən həbs edilən dövlət rəsmiləri və hərbçilərin harada saxlanıldığı barədə məlumat verilmir.

Malidə yerləşən Norveç, Fransa və İspaniyanın diplomatik nümayəndəlikləri hərbçilərin qiyam qaldırıdığını təsdiqləyiblər.