Boş qalan deputat yerləri üçün seçkilər nə vaxt keçiriləcək? - AÇIQLAMA

siyaset
18-08-2020, 13:46 1191
Boş qalan deputat yerləri üçün seçkilər nə vaxt keçiriləcək? - AÇIQLAMA

Milli Məclisdə boş deputat yerlərinin sayı 5-ə çatıb. Bu ilin fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən, 125 seçki dairəsinin 121-dən qanunverici orqana deputat seçilib. 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb. Qanunvericiliyə əsasən, bu dairələr üzrə təkrar seçki keçirilməlidir. Bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun dünyasını dəyişməsindən sonra parlament üzvlərinin sayı 120 nəfərə enib. Pandemiyadan sonra boş qalan deputat yerləri üçün seçkilər keçiriləcəkmi?

Bu sualı konkret.az-a şərh edən deputat Aydın Mirzəzadə söyləyib ki, boş qalan yerlər üçün seçkilər keçirilməldir: “Amma koronavirurus pandemiyasına görə seçkilərin keçirilməsi gecikir. İstənilən seçki seçkiqabağı görüşləri və eyni zamanda vətəndaşların toplu şəkildə səsverməyə gəlməsini tələb edir. Bu isə insanların daha çox bir yerə toplanmasına və koronavirusun geniş yayılmasına səbəb olur. Bu baxımdan koronavirus pandemiyası səngiyəndən sonra boş qalan 5 yerə seçkilər keçirilə bilər”