Bağlanmış bankın əmanətçiləri etiraz edir

iqtisadiyyat
18-08-2020, 11:41 1398
Bağlanmış bankın əmanətçiləri etiraz edir

Ləğv prosesində olan “Amrahbank” ASC-nin əmanətçiləri Milli Bankın qarşısına yığışaraq etiraz ediblər.

Oxu.Az xəbər verir ki, onlar əmanətlərinin qaytarılması prosesinin sürətləndirilməsini istəyirlər.

Qeyd edək ki, banklar üzrə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb. Bu günə qədər “Amrahbank” ASC-nin 5,2 min əmanətçisinə 124,6 milyon manat kompensasiya ödənilib.