“AAAF Park” yaşayış kompleksində yanğın baş verib - FOTO

hadise
18-08-2020, 00:28 1400
“AAAF Park” yaşayış kompleksində yanğın baş verib - FOTO
Xırdalanda yanğın hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin “AAAF Park” yaşayış kompleksində qeydə alınıb.

Birinci mərtəbədə yerləşən mənzildə qeydə alınan yanğın digər mərtəbələrə qalxıb. Mənzildə olan şəxslər təxliyyə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda FHN-in yanğınsöndürənləri alovun qarşısını almağa çalışır.

İlkin ehtimala görə, hadisə elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib

“AAAF Park” yaşayış kompleksində yanğın baş verib - FOTO