İmişlidə qətl törədilib

hadise
17-08-2020, 08:39 1017
İmişlidə qətl törədilib



İmişli rayonunda qətl hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə İmişli rayonunun Buludlu kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Əliyev Malik Fəramiz oğlu bıçaqla qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətlin kim tərəfindən törədilməsi aydınlaşdırılır.
Faktla bağlı İmişli rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.