Mayisə Əsədullaqızı

yazarlar
27-07-2020, 13:51 4946
Mayisə Əsədullaqızı
TÜRK SOYLULAR
Dünya duysun, obam Türkcə dil açır,
Atatürküm Günəş kimi nur saçır,
Ay-ulduz Bayrağım baharım-yayım,
Tanrıdan xalqıma cəsarət payım.

Dünya duysun, Türk Tanrı möcüzəsi,
Üstünlük bəxş edib, yaradan özü.
Türk soylular yaraşıqdı cahana,
Həyat verib, neçə-neçə loğmana.

Dünya duysun, Türk cahanda şərqidir,
Məhəbbətə, mərhəmətə sərgidir,
Gözüm qurban şirin-şəkər laylana,
Kainat bir yana, türküm bir yana.

Dünya duysun Türkün adın-ülfətin,
Təmiz məhəbbətin, şanın-şöhrətin.
Ruhundakı bu gözəllik vergidir,
İgidlik nəğməsi ulu Cəngidi.

Dünya duysun, Türk tapınıb imana,
Bir gün qovuşarıq Böyük Turana.
Qeyrəti var damarında-qanında,
Hörməti var uca Tanrı yanında...


GECƏLƏR.
Bir az şıltaq kimiyik,
Bir az sevgi külüyük.
Gecə çöküb içinə,
Az qalır ki, keçinə.
Qəriblik geyib evlər,
Pusquda durub divlər.
Gecə qorxular artır,
Hər dalanda sirr yatır.
Sonra...sənin pəncərən,
Üzü mənə açılır,
Əksini görən kimi,
Üzümdən nur saçılır.
Qəlbimiz uşaqlaşır,
Qəriblik uzaqlaşır.
Didərgin talelərin
Ruhları qucaqlaşır.
Gecə çöküb içinə,
Az qalır ki, keçinə...
Ulduzlar bu gecənin
Romansını çalırdı,
İki qərib taleyin
Nəğməsi ucalırdı.