Nyu-York küçələrində “Şəhidlər ölməz, vətən bölünməz” şüarı - VİDEO

dunya
24-07-2020, 23:14 1089
Nyu-York küçələrində “Şəhidlər ölməz, vətən bölünməz” şüarı - VİDEOAzərbaycanlılar Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahının binası önündə ermənilərin təxribatına qarşı etiraz aksiyası keçirib. Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. Aksiya iştirakçıları Azərbaycan Dövlət Himnini səsləndiriblər. Bundan sonra soydaşlarımızın bəyanatı səsləndirilib. Həmvətənlərimiz Azərbaycan və Türkiyə bayraqlarını qaldırıblar, eləcə də Ermənistanın təcavüzkarlığına son qoyulması tələbi ilə şüarlar səsləndiriblər. Daha sonra azərbaycanlılar “Şəhidlər ölməz, vətən bölünməz”, “Qarabağ bizimdir, bizim olacaq” şüarları ilə Nyu-Yorkda yürüş keçirirlər.