“Küləklə sovrulanlar” filmi ekranlara qayıdır

sou
25-06-2020, 14:55 2379
“Küləklə sovrulanlar” filmi ekranlara qayıdır
Məşhur “Küləklə sovrulanlar” filmi prokata qayıdır.

“The Hollywood Reporter” xəbər verir ki, afroamerikalı Corc Floydun polis səhlənkarlığı nəticəsində ölümündən sonra film irqçilik probleminə görə izlənmədən götürülmüşdü.

Film yenidən platformaya çıxacaq, lakin yeni məzmun və diskleymerlə tamamlanacaq. Ekran əsərini izləməyə başlamazdan əvvəl tamaşaçılara Çikaqo Universitetinin professoru Jaklin Stüartın “Küləklə sovrulanlar”ın kontekstindən bəhs edəcəyi videoçarx göstəriləcək.

Videoda müharibədən əvvəlki cənubun romantizasiyası və qaradərili qəhrəmanların stereotipik obrazı ilə əlaqədar filmə dəfələrlə etiraz olunduğu və başqa məsələlər yer alır.