"Qalatasaray" üçün şok matç: 103 dəqiqə, 6 qol...

idman
22-06-2020, 09:21 1410
"Qalatasaray" üçün şok matç: 103 dəqiqə, 6 qol...
Bu gün Türkiyə Super Liqasının 28-ci turunda "Fənərbaxça" və "Qalatasaray" komandaları növbəti oyunlarını keçiriblər.

Axar.az xəbər verir ki, "Fənərbaxça" səfərdə gərgin mübarizə şəraitində keçən oyunda "Kasımpaşa" klubuna 2-0 məğlub olub.

Çempionluq mübarizəsi aparan "Qalatasaray" isə doğma meydanda "Qaziantep" komandası ilə 3-3 bərabərə qalıb. Gərgin keçən oyunun 90+4-cü dəqiqəsində "Qaziantep" hesabı 3-3 etsə də, VAR sistemi qolu qeydə almayıb.

90+13-cü dəqiqədə isə hakim "Qalatasaray"ın qapısına penalti təyin edib. Maksim fərqlənərək hesabı 3-3 edib və oyun elə bu hesabla da başa çatıb.

Bu nəticələrdən sonra "Fənərbaxça" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb, "Qalatasaray" isə 4-cü pilləyə enib.