Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol olan ulu öndər Heydər Əliyevdir

idman
13-06-2020, 23:44 2742
 Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol olan ulu öndər Heydər Əliyevdir

Yusif Babanlı
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və
İdman Akademiyasının prorektoru, professor

Hər il 15 iyun tarixi xalqımızın Milli Qurtuluş Günü kimi qeyd olunur. Hamımıza bəllidir ki, bu şərəfli və şanlı tarix səhifəsini yaradan Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol olan ulu öndər Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin ağır zəhməti, gərgin səyləri, böyük qalmaqallardan keçmiş uğurlu siyasətinin nəticəsində bu günkü qüdrətli Azərbaycan dövləti formalaşmış və bütün dünyada öz mövqeyini yüksək səviyyədə qoruyub saxlamaqdadır.
1991-ci ilin oktyabrında ölkəmiz müstəqillik əldə etdikdən sonra hakimiyyətdə yaranan boşluq və siyasi xəttin düzgün seçilməməsi nəticəsində dövlətin bütün təsisatlarında uğursuzluq, özbaşnalıq höküm sürürdü. Moskvada istefa verdikdən sonra Naxçıvan Ali Məclisində fəaliyyətə başlayan ulu öndər Heydər Əliyev o illərdə dağılmış SSRİ İttifaqının bir parçası olan Azərbaycanda yaranmış acınacaqlı ictimai-siyasi vəziyyəti obyektiv analiz edərək, cəmiyyətin ciddi problemlərini dərindən düşünərək konkret işlər görmək və ciddi siyasi addımlar atmaq üçün dəfələrlə mövqeyini bəyan etmişdir. Ulu öndər Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı zamanlarda nəyinki Naxçıvanı, bütövlükdə Azərbaycanı xilas edəcək yeganə şəxsiyyət kimi xalqın ümid yeri idi. Vətənin ağır günlərində xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi daxil oldu. Xalqımız hər il 15 iyun tarixini qürur və fərəh hissi ilə qeyd edir. Çünkü, məhz bu gün dövlətimiz əbədi və sarsılmaz gücünü bütün dünyaya göstərmişdir.
Məndə öz növbəmdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik ənənlərini tam gücümlə dəstəkləyirəm və xalqımızı Milli Qurtuluş Günü münasibəti ilə təbrik edirəm. Dövlətimizə sarsılmaz müstəqillik, xalqımıza birlik arzulayıram!