"Fənər" və "Trabzon" qələbə ilə başladı

idman
13-06-2020, 16:08 924
"Fənər" və "Trabzon" qələbə ilə başladı

Türkiyə Super Liqası yeni növ koronavirusla əlaqədar yaranan iki aylıq fasilədən sonra start götürüb.

Axar.az xəbər verir ki, ilk oyun günündə "Fənərbaxça" Kayserispor"u qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər matçında isə "Trabzonspor" "Göztəpə"ni 3:1 hesabı ilə məğlub edib.